Kiyevdə ticarət mərkəzi atəşə tutulub - Ölənlər var - FOTO

21 Mart 2022 10:12

Kiyevin Podolski rayonunda bir neçə partlayış səsi eşidilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kiyevdə ticarət mərkəzinin atəşə tutulmasının təfərrüatı məlum olub.

Podolskinin atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.

Milli.Az