"Barselona" "Real Madrid"i darmadağın etdi

21 Mart 2022 09:12

"Barselona" futbol klubu İspaniya çempionatı oyununda "Real Madrid"i 4:0 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş Madriddə keçirilib. Qonaqlar "Real Madrid"in qapısına dörd cavabsız qol göndəriblər.

"Barselona"nın hücumçusu Pyer-Erik Obameyanq dubl edib. Daha iki qolu Ronald Arauxo və Ferran Torres vurublar.

"Real"ın hücumçusu və La Liqanın bombardiri Karim Benzema oyunu buraxıb. Hücumçu İspaniya çempionatının əvvəlki turunda zədələnib.

Milli.Az