Kiyevə hücum zamanı Rusiya ordusunun tank alayı sıradan çıxarılıb

20 Mart 2022 23:10

Rusiya ordusunun Kiyevə hücumu zamanı bir tank alayı sıradan çıxarılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat yer alıb.

"Kiyevə növbəti hücum cəhdi zamanı Rusiya ordusunun 6-cı tank alayının birləşmiş dəstəsi sıradan çıxıarılıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin fəal hərəkətləri sayəsində onların bölmələrinin müəyyən istiqamətlərdə yanacaq və ərzaq təchizatı kəsilib", - deyə məlumatda qeyd olunub.

Milli.Az