Stadionda tribunanın uçması nəticəsində 200-dən çox insan xəsarət alıb

20 Mart 2022 21:10

Hindistanın Kerala ştatında futbol matçında stadionun tribunasının uçması nəticəsində 200-dən çox insan xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, onlardan beşi ağır yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident şənbə günü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 19:30) Malappuram şəhərində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.

Milli.Az