"Azərkitab" fəaliyyətini dayandırır

20 Mart 2022 19:34

"Azərkitab" mağazası fəaliyyətini tamamilə, dayandırır.

Milli.Az bildirir ki, bu barədə APA-ya mağazanın direktor müavini Günel İsgəndərova məlumat verib.

Onun sözlərinə görə, mağazanın bağlanmasına səbəb maliyyə çatışmazlığıdır: "Hazırkı vəziyyət çox çətindir. Mağazanın kitab satışı da ürəkaçan deyil. Olduğumuz məkanın kirayə haqqı da bahalaşdığından fəaliyyətimizi davam etdirə bilmirik".

Milli.Az