Məşhur futbolçu oyun zamanı dişini çəkdirdi - FOTO

21 Mart 2022 04:04

İtaliya A seriyasnın 30-cu turunda dünən keçirilən "İnter"- "Fiorentina" matçında  (1:1) baş verən hadisə gündəm olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qonaq komandanın qolunun müəllifi olan Lukas Torreyranın rəqib komandanın oyunçusu ilə top uğrundan mübarizə zamanı aldığı zərbə nəticəsində dişi laxlayıb.

Matç zamanı o, meydanın kənarına gedərək laxlayan dişini çəkdirib.

Uruqvaylı oyunçu dişinin çıxarıldığı hissəyə salfet qoyaraq oyunu davam etdirib.

Milli.Az