Ərdoğan NATO sammitində iştirak edəcək

20 Mart 2022 18:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də NATO-nun Brüsseldə keçiriləcək növbədənkənar sammitində iştirak edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Qeyd edək ki, NATO sammitində Ukrayna böhranı müzakirə olunacaq.

Milli.Az