Barak Obama Moskvadakı parada getməyəcək

7 May 2010 09:38
Milli.Az xəbər portalı İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mayl Hammer verib. O bildirib ki, Rusiya tərəfi mərasimə qalib ölkələrin dövlət və hökumət rəhbərlərini dəvət edib: "Təəssüf ki, bizim prezident bu dəvəti qəbul edə bilməyib. Çünki o həmin gün başqa yerdə çıxış edəcəyinə söz verib". Vəd Virciniya ştatındakı Hempton Universitetinin tələbə və müəllmlərinə verilib. Barak Obama universitetin 140-cı buraxılış mərasimində çıxış etməlidir.

Bir müddət əvvəl Amerika rəsmiləri bildirmişdilər ki, bu öklə mayın 9-da Moskvada yüksək siyasi səviyyədə təmsil olunacaq. Çünki dəvətin şərtlərinə görə, səviyyə yalnız yüksəkolmalıdır. Ona görə də məsələn, ABŞ vitse-prezidenti Cozef Bayden Rusiya paytaxtına səfər etməyi planlaşdırmır. Amma Qızıl meydandakı paratda Avropadakı ABŞ qüvvələrinin hərbçiləri, o cümlədən hərbi orkestr keçməlidir. Pentaqonun məlumatına görə, hərbçilər artıq Rusiyadadırlar.

Milli.Az