Belçikada naməlum şəxs maşını insanların üzərinə sürüb, 4 nəfər ölüb, 22 nəfər yaralanıb

20 Mart 2022 13:42

Belçikada naməlum şəxs maşını insanların üzərinə sürüb, 4 nəfər ölüb, 22 nəfər yaralanıb
Belçikanın Eno əyalətinin Strepi-Brakni rayonunda naməlum şəxs avtomobili insanların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı RTVF telekanalı yayıb.

Bildirilib ki, 7 nəfər ağır yaralanıb, 15 nəfər isə yüngül xəsarət alıb.

Məlumata görə, avtomobildə olan şəxslər saxlanılıblar.

Milli.Az