Rusiyada koronavirusdan daha 434 nəfər ölüb

20 Mart 2022 14:00

Rusiyada son sutka ərzində daha 31 035 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 582 692 nəfərə çatıb.

Son sutka ərzində 434 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 364 492 nəfərə çatıb.

Milli.Az