Avstraliya Rusiyaya yeni sanksiya tətbiq etdi

20 Mart 2022 12:00

Avstraliya Rusiyaya alüminium oksidi və alüminium filizi satışını qadağan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Avstraliya bununla Rusiyanın silah və sursat istehsalında vacib komponent olan alüminium komponentini əldə etməsini məhdudlaşdırmağa çalışır.

Rusiya alüminium oksidi tələbatının 20 faizini Avstraliyadan təmin edib.

Milli.Az