Türkiyədə daha 105 koronavirus xəstəsi vəfat edib

19 Mart 2022 23:19

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 105 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 295 min 004 nəfərin test edildiyi, 17 min 328 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 18 min 269 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Milli.Az