Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd kəndində baş verib.
1983-cü il təvəllüdlü İlahə Ələsgərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə 39 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Milli.Az