Ukraynada əsir götürülən rusların sayı açıqlandı

19 Mart 2022 22:36

"Ukraynada bu gün rəsmi olaraq 562 rusiyalı hərbi əsir var".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini İrina Vereşuk deyib.

"Hazırda bizdə rəsmi olaraq Rusiya Federasiyasının 562 hərbi əsiri var", - o qeyd edib.

Vereşuk əlavə edib ki, ölənlər Qırmızı Xaç Təşkilatı ilə sənədləşdirilir.

Milli.Az