Türkiyədə avtomobil tunelində zəncirvari qəza olub, çox yaralı var

19 Mart 2022 20:09

Türkiyənin Bolu Dağı tunelində 18 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla 17 nəfər xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım və polis briqadaları cəlb edilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Milli.Az