İranda 5 bala yaxın zəlzələ olub

19 Mart 2022 17:42

Bu gün yerli vaxtla 15:55-də İranın cənubunda yerləşən Fars vilayətinin Darab rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələ 16 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.

Milli.Az