Ruslar Avropanın ən böyük zavodunu məhv edirlər

19 Mart 2022 13:30

Rus əsgərləri Mariupoldakı "Azovstal" metallurgiya zavodunu ələ keçirməyə çalışırlar.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə milli telemarafonun efirində Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko məlumat verib.

Onun sözlərinə görə, əsgərlər faktiki olaraq metallurgiya zavodunu məhv ediblər.

"Mariupolda vəziyyət fəlakətlidir, indi "Azovstal" uğrunda döyüşlər gedir. Bizdə olan məlumatlara görə, deyə bilərik ki, biz bu iqtisadi nəhəngi itirmişik, Avropanın ən böyük zavodlarından biri faktiki olaraq məhv edilir", - Denisenko deyib.

Aslan Məmmədov
Milli.Az