Çində son bir ildə COVID-19-dan 2 ölüm qeydə alındı - Yoluxma artır

19 Mart 2022 15:48

Çində 2021-ci il yanvarın 25-dən bəri ilk dəfə koronavirusdan iki ölüm halı qeydə alınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ötən sutka koronavirusa 4 051 yeni yoluxma faktı aşkarlanıb ki, bu da ötən həftə ilə müqayisədə 19% çoxdur.

Çində xəstəxanalarda müalicə olunan koronavirus xəstələrinin sayı durmadan yüksəlir. Son yeddi gün ərzində sutkalıq göstərici 20% artıb. Statistikaya əsasən, ölkədə 32,9 mindən çox xəstə həkim nəzarətindədir. Bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 15 dəfə çoxdur.

Çində indiyədək ümumilikdə 128,4 min nəfər koronavirus keçirib, 4 638 nəfər həyatını itirib.

Milli.Az