“Qalatasaray”ın avrokuboklardakı qazancı açıqlandı

19 Mart 2022 18:30

Avrokuboklarla vidalaşan "Qalatasaray"ın cari mövsümdəki ümumi qazancı açıqlanıb.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki,  Avropa Liqasında 1/8 final mərhələsinə qədər irəliləyən Türkiyə klubunun bu uğuru 16,9 milyon avroluq gəlirlə qiymətləndirilib.

Mövsümə Çempionlar Liqasında başlayan, lakin orada PSV-yə məğlub olaraq ikinci dərəcəli turnirə yuvarlanan "cim-bom" qələbə, heç-heçə, mərhələ adlamağa görə əldə etdiyi gəlirlərlə yanaşı, uğur bonusu və yayıma görə də 8,1 milyon avro büdcəsinə əlavə edib.

Qeyd edək ki, "Qalatasaray" 1/8 final mərhələsində "Barselona"ya məğub olub (0:0, 1:2).

Milli.Az