Əfqanıstanda azyaşlıların oynadığı mərmi partladı, 4 uşaq öldü

19 Mart 2022 12:30

Əfqanıstanın cənubunda, Qəndahar əyalətində partlamayan top mərməsinin detonsiyası nəticəsində 4 uşaq ölüb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə yerli polis bölməsindən bildirilib.

Məlumata görə, hadisə əyalətin Şah Vəli Kut yaşayış məntəqəsində baş verib.

Bildirilib ki, uşaqların sursatla oynadıqları ehtimal olunur.

Partlayış səbəb mərminin vaxtında zərərsizləşdirilməməsi göstərilir.

Milli.Az