Çin Rusiyaya hərbi yardıma hazırlaşır, sübutlar var

19 Mart 2022 16:30

Avropa Birliyi liderlərində Çinin Rusiyaya hərbi yardım göstərməyi nəzərdən keçirdiyinə dair "çox etibarlı sübutlar" var.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Politiko" AB-nin yüksək vəzifəli rəsmisinə istinadən yazıb.

Avropa Birliyi isə Çini potensial ticarət məhdudiyyətləri ilə təhdid edərək, silah transferlərinə qarşı xəbərdarlıq edib.

Rəsmi Pekinin Rusiyanın tələbini yerinə yetirəcəyi təqdirdə AB-nin Çinə ticarət maneələri qoyacağı vurğulanıb.

Mənbə əlavə edib ki, sanksiyalar Pekinin anladığı yeganə dildir.

Milli.Az