Mülki geyimdə qaçan 93 ukraynalı əsgər güllələndi

19 Mart 2022 09:41

Rusiya hərbçiləri Mariupoldan qaçan mülki geyimli 93 ukraynalı hərbçini zərərsizləşdirib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə İdarəsinin Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev deyib.

O bildirib ki, son iki sutka ərzində sayı 150-200 arası mülki geyimli döyüşçü humanitar dəhlizlər vasitəsilə şəhərdən qaçaraq müxtəlif qruplar şəklində Zaporojye istiqamətində hərəkət edib.

Milli.Az