Müğənniyə ağır itki

19 Mart 2022 09:48

Tanınmış müğənni Linetə ağır itki üz verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin anası Leyla Özgecan vəfat edib. Bununla bağlı o, instaqramda məlumat yayıb.

İfaçı kədərini izləyiciləri ilə bölüşüb.

"Canım anam və müəllimim Leyla Özgecan bu gün vəfat etdi. Səninlə bu ömür yolunda paylaşdığım hər şey üçün şükürlər olsun. Yol yoldaşım, yolun işıqlarla dolsun, canım anam",- deyə sənətçi vurğulayıb.

Milli.Az