"Uşaq istəmirəm, itimə çətinliklə baxıram"

19 Mart 2022 09:28

Türkiyəli müğənni İrem Dərici sevgilisi Cem Beleviylə münasibəti barədə danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni müsahibəsi zamanı müxbirlərin "evlənməyi düşünürsünüz" sualına belə cavab verib:

"Evlənməyəcəyəm, it kimi işləyib, şahzadə kimi yaşayacağam. Uşaq istəmirəm, itimə çətinliklə baxıram".

Qeyd edək ki, İ.Dərici bir neçə gün sonra yenidən burnunu əməliyyat etdirəcək.

Milli.Az