İsrail Ukraynaya zirehli təcili tibbi yardım maşınları göndərir.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, göndərilən TTY avtomobillərin sayı 4-dür. Bu maşınlar yaralıların münaqişə zonasından təhlükəsiz çıxarılmasına imkan verir.
Avtomobil müharibə bölgələrində yoxlamadan keçib.
Milli.Az