Bakıda yeniyetmə bıçaqlanıb

19 Mart 2022 08:12

Bakının Xəzər rayonunda bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Amid Quliyev tanışı ilə dava zamanı bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib.

Həkimlər A.Quliyevin vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az