Bakıda qatar yarım saat tuneldə qaldı

7 May 2010 09:06
Bu gün səhər saat 08:15 radələrində Bakı metropolitenin "Neftçilər" və "Xalqlar Dostluğu" stansiyaları arasındakı tuneldə qatarlardan birinin hərəkəti dayanıb.

Metropoliten nəzarətçisi, polis nəfəri çavuş Məmmədov Kərəmin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə qatarlardan birində texniki nasazlığın yaranması səbəbindən baş verib.

ANS PRESS-in veridyi məlumata görə, qatarın hərəkəti təqribən yarım saat müddətinə dayanıb. İnsident nəticəsində hər iki satnsiyanın platformalarında sərnişin sıxlığı yaranıb və gediş-gəliş iflic vəziyyətinə düşüb.

/ANS PRESS/