"LG Electronics" Rusiyayadan gedir

19 Mart 2022 07:45

Elektronika və məişət texnikası istehsalı üzrə ixtisaslaşmış "LG Electronics" şirkəti Rusiya Federasiyasına bütün tədarükləri dayandırır.

Bu barədə şirkətin saytında deyilib.

""LG Electronics" Rusiyaya bütün tədarükləri dayandırır və vəziyyəti yaxından izləməyə davam edəcək. Biz bütün insanların sağlamlığı və təhlükəsizliyi ilə bağlı dərin narahatlıq keçiririk və "LG" humanitar yardım səylərini dəstəkləməyə sadiq qalır", - deyə açıqlamada bildirilib.

Milli.Az