"Ukrayna üçün mənalı sülh və təhlükəsizlik danışıqları Rusiyanın öz səhvlərindən gələn zərəri azaltmaq üçün yeganə şansıdır".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Ukrayna lideri əlavə edib ki, ölkəsinin ərazi bütövlüyü bərpa olunmazsa, Rusiya çox ciddi itkilərə məruz qalacaq:
"Ukrayna üçün ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtı çatıb. Əks halda, Rusiyanın itkiləri o qədər olacaq ki, sizin yüksəlməyiniz üçün bir neçə nəsil belə kifayət etməyəcək".
Milli.Az