Rusiyanın daha bir generalı öldürüldü

19 Mart 2022 07:02

Ukraynanın Xerson vilayətindəki Çernobayevka aerodromunda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev həlak olub.

Milli.Az bildirir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç təsdiqləyib.

Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi komandirlə birlikdə məhv edilib.

"8-ci ordu Luqansk və Donetsk vilayətlərindəki separatçı rejimlərə birbaşa dəstək verməklə məşğuldur", - Arestoviç deyib.

Milli.Az