“Bəyanatlar gərginlik yaratmaq məqsədi daşıyır”

18 Mart 2022 21:40

"Rusiya tərəfinin bəyanatları yalnız onların tələbkar mövqeləridir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixali Podolyak tviterdə bildirib.

"Bütün bəyanatlar, o cümlədən, mediada gərginlik yaratmaq məqsədi daşıyır. Mövqelərimiz dəyişməzdir: Atəşkəs, qoşunların çıxarılması və konkret formula ilə güclü təhlükəsizlik zəmanəti", - o qeyd edib.

Milli.Az