Rusiyanın Kiyevə zərbələri: ümumi nəticələr açıqlandı

18 Mart 2022 17:10

Rusiya qoşunlarının Kiyevə genişmiqyaslı hücumu başlayandan indiyədək 60-ı mülki olmaqla 222 nəfər həlak olub. Həlak olanların dördü uşaqdır.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik brifinqdə bildirib.

Bütün bu müddət ərzində şəhərdə 889 yaralı olub, onlardan 241-i mülki şəxsdir. O cümlədən, 18 uşaq, üç təcili tibbi yardım maşını sürücüsü, bir təcili yardım həkimi.

Bundan başqa, 36 yaşayış binası, beş şəxsi mülk, altı məktəb və dörd uşaq bağçasına ziyan dəyib. 55 evin fasadları, eyvanları və pəncərələri zədələnib.

Aslan Məmmədov
Milli.Az