Məşhur bank Rusiya ilə əlaqələri kəsdi

18 Mart 2022 12:54

ABŞ-ın ən qocaman bankı olan "Bank of New York Mellon" (BNY Mellon) Rusiya ilə əməkdaşlığı dayandırdı.

Milli.Az Reuters-ə istinadən bildirir ki, "BNY Mellon" Rusiyada yeni bank biznesi açmayacaq, habelə investisiyaların idarəolunması sahəsində Rusiya şirkətlərinin qiymətli kağızlarını almayacaq.

Bununla yanaşı, bank Ukraynaya humanitar məqsədlər üçün 1 milyon dollar məbləğində yardım edəcək.

Milli.Az