"13 namizəd var, onlar arasından birini seçmişəm" - Roza 8 illik fanatı ilə evlənir

18 Mart 2022 11:06

Müğənni Roza Zərgərli ailə həyatı qurur.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi "10-da görüşək" proqramında qonaq olarkən danışıb.

R. Zərgərli deyib ki, evlənəcəyi şəxs səkkiz illik pərəstişkarıdır:

"13 namizəd var, onlar arasından birini seçmişəm. Evlənəcəyik, az qalıb.  Səkkiz illik fanatımdır, bir ildir tanıyıram və altı aydır ciddi münasibətimiz var.  Evlilik təklifi almışam".

Milli.Az