Damlanın xizək sevgisi qəza ilə bitdi - VİDEO

18 Mart 2022 11:48

Qarda xizək sürmək istəyən Damlanın başına iş gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yıxılıb. Damla həmin anın görüntülərini sposial şəbəkə hesabında yayımlayıb. 

"Həyatımda heç vaxt adrenalin sevməmişəm. Həyacanverici nə varsa kilometrələrcə qaçmışam: Dəniz, yüksəklik, qaranlıq, qorxu evləri, qarda sürüşmək və sair... Həmişə var gücümlə qaçmağa çalışsam da, gözümü açıb özümü həmin məkanda görmüşəm. Bu gün də həmin günlərdən biri idi. Ən azı 10 dəfə yerə çırpılmışam. Bunun harası əyləncədir" deyə, ifaçı paylaşımına qeyd edib.

Milli.Az