Bakıda yaşayış binası yandı

6 May 2010 20:40

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın hadisəsi saat 20:00 radələrində rayonun Zahid Xəlilov küçəsi, 68 saylı binada meydana gəlib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın baş verən mənzilin sahibi evdə olmadığından qonşular yanğını görüb yanğınsöndürənlərə xəbər veriblər.

Yanğınsöndürənlər yanğının qarşısını alıblar. Yanğının səbəbləri məlum deyil, araşdırma aparılır. 

Anar Məmmədov
Milli.Az