Bu savaş Qərbin əsl simasını göstərdi - Əsəd

18 Mart 2022 17:12

Qərbin Rusiyaya qarşı diskriminasiyası dünya tarixində görünməmiş bir hadisədir. Qərb hər sözdə yalan danışır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

"Qərb beynəlxalq hüququn dəyərsiz olduğunu sübut etdi və qlobal müqavilələrin bütün prinsiplərinin üstündən xətt çəkdi, dünyanı vəhşi meşəyə çevirdi", - Əsəd qeyd edib.

B.Əsəd Qərblə qarşıdurma imkanlarının olduğunu qeyd edib:

"Ukraynada münaqişənin başlaması ilə Qərb qlobal miqyasda tarixi dönüş nöqtəsini yaşayır. Qərbin yeritdiyi siyasət - güc siyasəti və dünya nizamının cəngəllik qanununa çevrilməsidir. Ukraynadakı münaqişə Qərb ölkələrinin hakimiyyətlərinin əsl simasını xalqlarına göstərdi".

Milli.Az