Demet Evqar ərə getdi - FOTOlar

18 Mart 2022 17:30

Sonuncu dəfə "Alev alev" serialında rol alan türkiyəli aktrisa Demet Evqar ərə gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa 6 ildir eşq yaşadığı sevgilisi Levent Babataşla bu gün nikah masasına əyləşib. Cütlüyün özəl günündən görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, aktrisa 3 aylıq hamilədir.

Milli.Az