Avropada böyük müharibə OLA BİLƏR - VİDEO

17 Mart 2022 20:48

Fransa Prezidenti Emmanuel Makron ölkə Avropada böyük müharibəyə hazırlaşmağa çağırıb.

Milli.Az bildirir ki, o, deyib: "Bizim silahlı qüvvələrimiz Avropa qitəsində ən güclü ordudur. Yüksək intensivlik mümkün silahlı münaqişəyə hazırlaşmalı və orduya sərf olunan pulları, müdafiə xərclərini artırmalıyıq".

Fransa Senatının müdafiə və beynəlxalq məsələlər komitəsinin sədri Kristian Kambon isə RF1-nin efirində deyib ki, Fransanın silah və sursat ehtiyatı faktiki olaraq yoxdur.

"İndi anbarlarda olan sursat və texnika ən yaxşı halda üç-dörd günlük genişmiqyaslı hərbi əməliyyatlara kifayət edər", - K.Kambon söyləyib.

Milli.Az