Rusiya və Ukrayna Çernobıl AES-lə bağlı razılığa gəldi

17 Mart 2022 20:08

Rusiya Ukrayna hərbçiləri ilə Çernobıl Atom Elektrik Stansiyasının ərazisində təhlükəsizliyin birgə təmin edilməsinə dair razılığa gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Rusiya ordusu Çernobıl AES-in təhlükəsizliyini təmin etmək üçün bütün səylərini davam etdirəcək.

Milli.Az