Xarkovda rusların tankları məhv edilib - VİDEO

17 Mart 2022 17:58

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kamenka istiqamətində Rusiya Silahlı Qüvvələrinin 437-ci təlim alayının texnika karvanını məhv edib.

Milli.Az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin sədri Valeri Zalujnı Facebook səhifəsində məlumat verib.

Kolonun Rusiya Silahlı Qüvvələrinin 47-ci tank diviziyasının 437-ci təlim alayına və 26-cı tank alayının batalyon-taktiki qrupuna aid olduğu bildirilir. Texnika Xarkov vilayətinin Kamenka istiqamətində hərəkət edirdi.

Aslan Məmmədov
Milli.Az