Çox vaxt ukraynalılar müharibədən Polşa, Rumıniya, Moldova, Macarıstan və Slovakiyaya qaçırlar.
Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Schengenvisainfo.com yazır.
Rusiyanın genişmiqyaslı hücumu başlayandan bəri üç milyona yaxın ukraynalı xaricə gedib. BMT-nin məlumatına görə, bu rəqəmin yarısı uşaqlardır.
Ölkə daxilində miqrasiyadan danışsaq, 157 minə yaxın vətəndaş yaşayış yerini dəyişib.
BMT-nin hesablamalarına görə, iyun ayına qədər Ukraynadan olan qaçqınların sayı dörd milyona çata bilər, lakin tendensiyalar bunun daha tez baş verə biləcəyini göstərir.
Aslan Məmmədov
Milli.Az