Alen Delon ölmək üçün oğlundan kömək istədi

17 Mart 2022 20:36

86 yaşlı məşhur aktyor Alen Delon böyük oğlu Entonidən ölümünə kömək etməsini istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor hər zaman evtanaziyaya qarşı olmadığını söyləyib. Məhz bu səbəbdən də evtanaziyaya rəsmi şəkildə icazə verilən İsveçrəyə köçüb.

"Mən həyatdan köçməyin bu üsulunu daha məntiqli və təbii hesab edirəm. Yaşlandıqca, xəstəxanalar və iynələr olmadan həyatdan sakit bir şəkildə getmək hüququmuz var", - deyə o bildirib.

Milli.Az