Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Kanal 24-ün efirində ukraynalıları sirenalara qulaq asmağa çağırıb, çünki rus əsgərlərinin atəşi davam edəcək.
Bu barədə Milli.Az UNİAN-a istinadən xəbər verir.
"Yenə də atəşə tutulacağıq - həm artilleriya, həm də raket atəşinə. Onlar (mərmilər, - red.) mülki əhalinin evlərini vuracaqlar, ona görə də panikaya düşməmək lazımdır, amma nə edəcəyini bilmək lazımdır. Əgər hava xəbərdarlığı olsa, ona ciddi yanaşmaq lazımdır", - Arestoviç bildirib.
Aslan Məmmədov
Milli.Az