"Bu, əsl möcüzədir"

17 Mart 2022 15:54

Ötən gün Rusiya təyyarəsinin Mariupolda üzərinə bomba atdığı dramteatrının dağıntıları altından 130 nəfər xilas edilib, işlər davam edir.

Milli.Az bildirir ki, bu barədə xalq deputatı Olha Stefanışina Facebook-da yazıb.

"Ehtiyac duyduğumuz yaxşı xəbər. Mariupol Dramteatrının altındakı bomba sığınacağı dözə bilib. Artıq 130-a yaxın sakin xilas edilib. Dağıntılarda xilasetmə işi gedir. Bu, əsl möcüzədir", - o yazıb.

Aslan Məmmədov
Milli.Az