Azərbaycan Beynəlxalq Bankı plastik kart sahibləri üçün endirim aksiyası keçirir

14 Mart 2012 15:08
Azərbaycan Beynəlxalq Bankı (ABB) Türkiyə və BƏƏ-yə mayın sonuna qədər səfərə gedən plastik kart sahibi olan müştəriləri üçün bir sıra endirimli təkliflər hazırlayıb.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin "Beymen Istanbul" mağazasında "MasterCard" kartlarının sahiblərinə "Ballenciaga", "Bottega Veneta", "D&G", "Dior", "Celine", "Chloe", "Christian Louboutin", "Ermenegildo Zegna", "Fendi", "Giorgio Armani", "Jimmy Choo", "Lanvin", "Marc Jacobs", "Misioni", "Miu Miu", "Moschino", "Prada", "Valentino", "Yves Saint Laurent" brendlərinin məhsullarına endirimlər təklif edir. Bundan əlavə, "MasterCard" kartlarının sahiblərinə bir sıra məşhur hotellərdə də endirimlər təklif olunur.

Həmçinin, "Visa International" kartlarının sahibləri üçün isə BƏƏ-də "Jaz Hotels & Resorts" hotellər şəbəkəsində 25%-lik endirim elan olunub.

Azərbaycan Beynəlxalq Bankı 1992-cı ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.

Milli.Az