SSRİ Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkinin övladları ilə bərabər İsraildədir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ukraynalı müğənni Verka Serdüçka news.ru nəşrinə müsahibəsində deyib.
Qalkinlə danışdığını deyən ifaçı ailənin istirahətə yollandığını bildirib.
Serdüçkanın sözlərinə görə, ölkədən gedən digər ulduzlar sadəcə qorxurlar.
Qeyd edək ki, daha əvvəl Alla Puqaçova Rusiyadan mühacirət etməsi barədə xəbərləri təkzib etmiş, tezliklə geri dönəcəyini bildirmişdi.
Milli.Az