Zelenskinin serialı “Netflix”də yayımlanacaq

17 Mart 2022 14:40

Ukrayna Prezidenti Volodimir Zelenskinin baş rolunu canlandırdığı "Xalqın xidmətçisi" serialı "Netflix"də yayımlanacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə şirkət tviter hesabında məlumat yayıb.

Bildirilib ki, şirkət 2016-cı ildə lentə alınan komediya serialının yayım hüququnu əldə edib.

Qeyd edək ki, ekran işində antikorrupsiya videosu internetdə yayıldıqdan sonra gözlənilmədən Ukrayna prezidenti seçilən məktəb müəllimi Vasili Qoloborodkodan bəhs edir. 

Onu da qeyd edək ki, "Netflix" martın 7-dən etibarən Rusiyada yayımı dayandırıb. Həmçinin, orijinal rus layihələri üzərində işləməkdən imtina edilib.

Milli.Az