Kiyevdə mərmi məşhur prodüserin evinə və ofisinə düşüb - FOTO

17 Mart 2022 12:36

Kiyevin Podol tarixi ərazisində ukraynalı musiqi prodüseri Yuri Falesanın evinə və ofisinə mərmi düşüb.

Milli.Az bildirir ki, o, bu barədə Facebook-da yanan binaların fotosunu yerləşdirərək yazıb.

"Artıq ev və ya ofis yoxdur! Hamı sağdır! Yaxşı, yenidən tikərik!", - o yazıb.

Falesa Ani Lorak, Mika Nyuton, Maşa Qoya və başqa ulduzlarla işləyib.

Aslan Məmmədov
Milli.Az