Gürcüstanda ötən sutka daha 888 nəfər koronavirusa yoluxub

17 Mart 2022 14:04

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 888 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 639 678, ölənlərin sayı isə 16 612 nəfərə çatıb. Virusa yoluxanlardan 1 594 011 nəfərin sağaldığı bildirilib.

Milli.Az